...

Marneuli azərbaycanlıları pulsuz hüquqi yardım alıb

Siyasət Materials 17 İyul 2009 19:41 (UTC +04:00)
Cəzaların yerinə yetirilməsi, probasiya və hüquqi yardım naziri Dmitri Şaşkin Kvemo Kartlinin qubernatoru David Kirkitadze ilə birlikdə bu gün Marneuliyə gələrək yerli azərbaycanlı əhali ilə görüşüb.
Marneuli azərbaycanlıları pulsuz hüquqi yardım alıb

Gürcüstan, Tbilisi, 17 iyul / Trend , müxbur N.Kirsxaliya /

Cəzaların yerinə yetirilməsi, probasiya və hüquqi yardım naziri Dmitri Şaşkin Kvemo-Kartlinin qubernatoru David Kirkitadze ilə birlikdə bu gün Marneuliyə gələrək yerli azərbaycanlı əhali ilə görüşüb.

Mədəniyyət evinə toplaşmış Marneuli sakinləri Regional hüquqi yardım bürosunun hüquqşünaslarından pulsuz hüquqi yardım alıb. Hüquqşünaslar miras, daşınmaz əmlak, həmçinin insan hüquqlarına aid sualların geniş spektrini cavablandırıb.

Cəzaların yerinə yetirilməsi, Probasiya və hüquqi yardım nazirliyinin hüquqi yardım xidməti əhaliyə pulsuz hüquqi məsləhətlər və vəkil xidmətləri təklif edir. Xidmətin 10 büro və iki məsləhət mərkəzi var. Onlar Tbilisi, Kaxeti, Msxeta-Mtianeti, Kvemo-Kartli, Şida Kartli, İmereti, Raça-Leçxumi, Sameqrelo və Gürcüstanın digər regionlarında fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti