...

İraqın Azərbaycandakı səfirliyinin binasındakı yanğın məhdudlaşdırılıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 İyul 2009 17:30 (UTC +04:00)
"İraqın Azərbaycandakı səfirliyinin binasındakı yanğın məhdudlaşdırılıb", - Trend News-a Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti Xidmətindən deyilib.
İraqın Azərbaycandakı səfirliyinin binasındakı yanğın məhdudlaşdırılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir K.Zərbalıyeva /

"İraqın Azərbaycandakı səfirliyinin binasındakı yanğın lokallaşdırılıb", - Trend -a Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti Xidmətindən deyilib.

İlkin məlumata görə, yanğına səbəb qısa qapanma olub. Şahidlərin sözlərinə görə, yanğının söndürülməsində 10 yanğınsöndürən maşın iştirak edib. Yanğın qonşu binalara zərər vurmayıb.

İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl Trend -a telefonla deyib ki, Avropada olduğundan yanğın barədə heç bir məlumatı yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti