...

İranda doqquz nəfər A/H1N1 virusuna yoluxub

Siyasət Materials 21 İyul 2009 16:30 (UTC +04:00)
İranın səhiyyə naziri Kamran Bağıri Lənkərani bildirib ki, hazırda doqquz nəfər A/H1N1 ("donuz qripi") virusuna yoluxub. Bu barədə MEHR agentlyi xəbər verir.
İranda doqquz nəfər A/H1N1 virusuna yoluxub

İranın səhiyyə naziri Kamran Bağıri Lənkərani bildirib ki, hazırda doqquz nəfər A/H1N1 ("donuz qripi") virusuna yoluxub. Bu barədə MEHR agentlyi xəbər verir.

Lənkərani bildirib ki, bütün xəstələr ölkə xaricində yoluxublar və xəstəlik ölkəyə girərkən sərhəddə aşkar olunub. O, həmçinin əlavə edib ki, səkkiz xəstənin vəziyyəti stabildir, bir xəstəninin həyatı isə ciddi təhlükə altındadır.

"İyulun 14-də İranda A/H1N1 virusuna yoluxma üzrə bir hal qeydə alınıb, 200 nəfər isə virusa yoluxmada şübhəli bilinib", - İranın Səhiyyə Nazirliyi yanında İnfeksion Xəstəliklər Mərkəzinin direktoru Məhəmməd Mehdi Quya bildirib. Məlumatı İranın informasiya agentliyi ILNA yayıb.

Onun sözlərinə görə, bu il İran zəvvarlarının Səudiyyə Ərəbistanına getməsinə məhdudiyyət qoyulub. "Son məlumatlara əsasən Səudiyyə Ərəbistanında 150 nəfər A/H1N1 virusuna yoluxub. Virusun yayılmaması üçün bu il həcc ziyarətinə getmək istəyən zəvvarların sayına məhdudiyyət qoyulacaq", - deyə Quya bildirib.

Xəbər lenti

Xəbər lenti