...

Gürcüstan siyasətçiləri ABŞ-ın Aİ-nin Gürcüstandakı müşahidəçi missiyasında iştirakını alqışlayırlar

Siyasət Materials 22 İyul 2009 13:57 (UTC +04:00)
"Aİ-nin Gürcüstandakı müşahidəçi missiyasında ABŞ-ın iştirakı missiyanın gücünü artıracaq", - Gürcüstan Baş nazirinin müavini Qiorqi Baramidze hesab edir.
Gürcüstan siyasətçiləri ABŞ-ın Aİ-nin Gürcüstandakı müşahidəçi missiyasında iştirakını alqışlayırlar

Gürcüstan, Tbilisi, 22 iyul / Trend , müxbir N.Kirtsxaliya /

"Aİ-nin Gürcüstandakı müşahidəçi missiyasında ABŞ-ın iştirakı missiyanın gücünü artıracaq", - Gürcüstan Baş nazirinin müavini Qiorqi Baramidze hesab edir.

Aİ-nin Gürcüstandakı müşahidəçi missiyasına ABŞ və Türkiyədən hərbçilərin qoşula biləcəyi haqda məlumat dünən yayılıb və Tbilisidə sevinclə qarşılanıb. İstisna olunmur ki, bu məsələ ABŞ vitse-prezidenti Cozef Baydenin Gürcüstana səfəri zamanı müzakirə ediləcək.

Baramidze hesab edir ki, missiyanın genişlənməsi gələcəkdə təxribatların qarşısını almaq imkanı verəcək. "Bu, müşahidəçi missiyanın polis missiyasına çevrilməsi üçün əsas yaradacaq", - Baramidze qeyd edib.

Onun fikri ilə müdafiə və təhlükəsizlik üzrə parlament komitəsinin sədri Qivi Tarqamadze də razıdır. "Bizim üçün müşahidə missiyasının işğal olunmuş ərazilərdə geniş formatda iştirakı yox, bu ərazilərin işğaldan azad olunmasının daha vacib olmasına baxmayaraq, bu missiyada ABŞ hərbçilərinin iştirakı bu yolda ilk addım olacaq", - Tarqamadze jurnalistlərə bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti