...

Qırğızıstan müxalifəti prezident seçkiləri zamanı ilk pozuntular barədə məlumat verib

Siyasət Materials 23 İyul 2009 18:12 (UTC +04:00)
Artıq Qırğızıstanda prezident seçkiləri zamanı pozuntular barədə xəbərlər yayılıb. Müxalif namizəd Almazbek Atambayevin qərargahından məlumat verilib ki, İncəsənət muzeyinin yanında təxminən 200 nəfərdən ibarət qrup görünüb.
Qırğızıstan müxalifəti prezident seçkiləri zamanı ilk pozuntular barədə məlumat verib

Qırğızıstan, Bişkək, 23 iyul / Trend , müxbir A.Tanayev /

Artıq Qırğızıstanda prezident seçkiləri zamanı pozuntular barədə xəbərlər yayılıb. Müxalif namizəd Almazbek Atambayevin qərargahından məlumat verilib ki, İncəsənət muzeyinin yanında təxminən 200 nəfərdən ibarət qrup görünüb. Onlara guya qeydiyyatdançıxma vəsiqələri verilir, sonra isə seçki məntəqələrinə aparılırlar. Atambayevin tərəfdarları Bişkək üzrə 10-a yaxın belə məntəqələrin yaradıldığını və əllərində buna dair videomateriallar olduğunu bəyan ediblər.

Hətta, müxalifət artıq seçkilərin qeyri-legitimliyi barədə məlumat verib. Rəsmi hakimiyyətin əleyhdarları hesab edirlər ki, bütün ölkə üzrə saxtakarlıq edilir: dövlət qulluqçuları və büdcə təşkilatlarının işçiləri xüsusi nəqliyyatla gətirilir və əvvəlcədən hazırlanmış kabinələrdə səs verməyə məcbur edilirlər, bülletenlər kütləvi surətdə qutulara salınır, müxalifətdən olan müşahidəçilər isə seçki məntəqələrini tərk etməyə məcbur edilirlər.

Lakin müxalifətçilər hələ heç bir sənədli dəlil verməyiblər və bildiriblər ki, onlar bunu sonra etmək fikrindədirlər. MSK əməkdaşları deyirlər ki, onlara heç bir şikayət və pozuntu barədə protokol daxil olmayıb. Onlar belə halın ola biləcəyini istisna etmirlər və əmindirlər ki, təcili olaraq hər bir fakta reaksiya verəcəklər.

Qırğızıstanda bütün seçki məntəqələri yerli vaxtla saat 20:00-dək işləyəcək.

MSK-nın məlumatına görə, respublikada cəmi 2 milyon 858 min 544 seçici qeydiyyatdan keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti