...

ATƏT və BMT missiyasının Gürcüstanda olmamasını nəzərə alsaq, Aİ missiyasının ölkədə qalması əvəzsizdir - XİN

Siyasət Materials 27 İyul 2009 16:17 (UTC +04:00)
"ATƏT və BMT missiyasının Gürcüstanda olmadığı zaman Aİ missiyasının ölkədə olması əvəzsizdir", - bazar ertəsi, brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini David Calaqoniya deyib.
ATƏT və BMT missiyasının Gürcüstanda olmamasını nəzərə alsaq, Aİ missiyasının ölkədə qalması əvəzsizdir - XİN

Gürcüstan, Tbilisi, 27 iyul / Trend , müxbir N.Kirsxaliya /

"ATƏT və BMT missiyasının Gürcüstanda olmadığı zaman Aİ missiyasının ölkədə olması əvəzsizdir", - bazar ertəsi, brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini David Calaqoniya deyib.

Onun sözlərinə görə, bu gün Brüsseldə Aİ ölkələrinin XİN başçılarının iclası keçirilir. Orada Gürcüstandakı missiyanın müddətinin daha bir il uzadılması məsələsi nəzərdən keçirilir.

"Böyük ehtimalla bu məsələ müsbət həll olunacaq", - Calaqoniya qeyd edib.

Onun sözlərinə görə, Aİ missiyasının Gürcüstanda olması ölkənin sabitliyi və təhlükəsizliyi baxımından, "xüsusilə də ölkə ərazisinin 20 faizinin işğal olunduğu bir zamanda" çox vacibdir.

Nazir müavini deyib ki, gürcü tərəfi işğal olunmuş ərazilərə daxilolma mandatını öz üzərinə götürmüş Aİ missiyasının işini tam şəkildə yerinə yetirəcəyinə ümid edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti