Azərbaycan, Bakı, 30 iyul / Trend /
Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsabiqə başa çatmışdır. 240 namizəd dövlət qulluğu vəzifəsinə uyğun hesab edildi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın press-relizində deyilir.
2009-cu il 6 mart tarixdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 29 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 663 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdir. Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2009-cu il 9 aprel tarixdə başa çatmış və 2862 (652-si qadın, 2210-u isə kişi) namizəd qeydə alınmışdır.
Müsabiqənin test imtahanı mərhələsi 2009-cu il 25 aprel tarixdə keçirilmişdir. Bu mərhələdə 539 namizəd (18.83%) uğur qazanmışdır.
Test imtahanı mərhələsini uğurla keçən namizədlər üçün müsabiqənin müsahibə mərhələsi 2009-cu il 12 may tarixdə başlamış, 2009-cu il 30 iyul tarixdə isə başa çatmışdır. 29 dövlət orqanı üzrə 539 namizəddən 240-ı bu mərhələni uğurla başa vurmuşdur.