...

Azərbaycanda ictimai asayiş və təhlükəsizlik qorunub saxlanılıb - daxili işlər naziri

Siyasət Materials 31 İyul 2009 16:51 (UTC +04:00)
"İctimai asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində əvvəlki illərdə əldə olunan müsbət nəticələr 6 ayda da qorunub saxlanılıb, bir çox istiqamətlər daha da inkişaf etdirilib", - nazir bildirib.
Azərbaycanda ictimai asayiş və təhlükəsizlik qorunub saxlanılıb - daxili işlər naziri

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir C.Babayeva /

"Azərbaycanda ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində əldə olunan müsbət nəticələr inkişaf etməkdə davam edir", - deyə cümə günü daxili işlər naziri Ramil Usubov bildirib.

"İctimai asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində əvvəlki illərdə əldə olunan müsbət nəticələr 6 ayda da qorunub saxlanılıb, bir çox istiqamətlər daha da inkişaf etdirilib", - nazir bildirib. Bu barədə DİN-in mətbuat xidmətinin cümə günü yayılmış məlumatında deyilir.

Nazir hesabat dövründə daxili işlər orqanlarının fəaliyyətini müsbət qiymətləndirib. "Buna baxmayaraq, xidməti fəaliyyətdə hələ də bəzi nöqsan və çatışmazlıqlar mövcuddur", - deyə Usubov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti