...

Pakistanda xristianlara qarşı zorakılıq aksiyasının iştirakçıları islamın nüfuzuna xələl gətirirlər - İKT-nin Baş katibi

Siyasət Materials 3 Avqust 2009 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 avqust / Trend müxbir Ü.Sadıxova /

İslam Konfransı Təşkilatının (İKT) Baş katibi Ekmeleddin İhsanoğlu xristian icmasına qarşı zorakılıq hallarını "islam tolerantlığı prinsiplərinə zidd" adlandırıb, həmçinin aksiyanın müsəlman iştirakçılarını "dini azlıqların müdafiəsini təbliğ edən islamın nüfuzuna xələl gətirməkdə" ittiham edib", - İKT-nin press-relizində deyilir.

"Pakistanın Hocra şəhərində islam və xristian icmaları arasında baş vermiş qarşıdurmalar nəticəsində səkkiz xristian həlak olub", - RİA Novosti məlumat verib.

Müsəlmanların xristianların evlərini yandırması ilə müşayiət olunan həyəcanlara səbəb üç xristianın müqəddəs müsəlman kitabı Quranı təhqir etməsi olub. Atışma nəticəsində altı nəfər, o cümlədən dörd qadın və bir uşaq həlak olub. Daha iki nəfər aldığı yaralardan xəstəxanada dünyasını dəyişib.

Şənbə hadisələri zamanı xristianların 40 evi dağıdılıb.

Ölkə rəhbərliyinin sözlərinə görə, kütləvi iğtişaşların səbəbkarları müsəlman icmasının ekstremist qruplaşmasının üzvləridir.

İhsanoğlu deyib ki, Quranın təhqiri halı mühakimə edilməli və müəyyən tədbirlər görülməlidir, ancaq bu, zorakılıq yolu ilə baş verməməlidir. İKT Baş katibi ümid edir ki, Pakistanda sabitlikdə maraqlı hakimiyyət zorakılığın kökünün kəsilməsi üçün təcili addımlar atacaq və münaqişə zonasında qayda-qanunu bərpa edəcək.

Pakistanın XİN rəhbəri Rehman Maliki deyib ki, ölkənin uzaq regionlarında yerli orqanlar tərəfindən nizam-intizamın qorunması üçün yaradılan yarımhərbi qoşunlar şəhərdəki duruma nəzarət məqsədilə Hocra şəhərinə göndərilib. Onların vəzifəsi zorakılıq və kütləvi iğtişaşların kəskinləşməsinin qarşısının alınmasına nail ola bilməyən yerli polisə kömək etməkdir, - RİA Novosti yazır.

Bazar günü qoşunlar Pakistanın Lahor şəhərinin şərq hissəsindəki küçələrin patruluna başlayıblar.

Xristianlar əsasən sünni-müsəlamnlardan ibarət 160 milyonluq əhalinin az bir hissəsini təşkil edirlər. Pakistanda İslam, Quran və Məhəmməd Peyğəmbərə münasibətdə təhqiramiz ifadələrin işlənməsinə görə ölüm hökmü cəzasını nəzərdə tutan qanun fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti