Gürcüstan, Tbilisi, 03 avqust / Trend , müxbir N. Kisrxaliya /
"Müəyyən ləngimələrə" baxmayaraq, Asiyanı Avropayla birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2012-ci ilə qədər başa çatdırılacaq. Bu barədə jurnalistlərə "Marabda-Karsaxi dəmir yolu" MMC-nin direktoru Bidzina Breqadze məlumat verib.
O təsdiq edib ki, layihənin icrası qrafikdən geri qalıb. "İş qrafiki həqiqətən də pozulub. Lakin bu, yekunda ciddi problemlər yaratmayacaq", - o deyib.
"Prosesi sürətləndirməkdən ötrü Azərbaycana getdik. Gürcüstandakı son hadisələr vəsaitin köçürülməsinə mənfi təsir göstərdi", - Breqadze deyib.
O, eyni zamanda texniki problemlərin olduğunu da təsdiq edib.
"Gürcüstanla Türkiyəni birləşdirən tunelin tikintisində problemlər yarandı. Tunelin uçqun təklükəsi olan yerdə tikildiyi müəyyənləşdi. Buna görə də layihə dəyişdirildi. İşlər başlayana qədər yeni layihənin təsdiqlənməsi lazımdır", - Breqadze deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]