...

Gürcüstan Rusiya ilə yeni müharibə gözləmir - XİN

Siyasət Materials 3 Avqust 2009 15:49 (UTC +04:00)
"Gürcüstan tərəfi Rusiya ilə hərbi əməliyyatların təkrar olunmasını gözləmir", - bazar ertəsi ənənəvi brifinqdə Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Nalbandov deyib.
Gürcüstan Rusiya ilə yeni müharibə gözləmir - XİN

Gürcüstan, Tbilisi, 03 avqust / Trend , müxbir N.Kirsxaliya /

"Gürcüstan tərəfi Rusiya ilə hərbi əməliyyatların təkrar olunmasını gözləmir", - bazar ertəsi ənənəvi brifinqdə Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Nalbandov deyib.

Onun sözlərinə görə, söhbət Rusiyadan gedəndə "biz ayıq və hadisələrin istənilən gedişinə hazır olmalıyıq".

"Şəxsən mən hesab edirəm ki, 2008-ci ilin avqustundakı ssenari təkrar olunmayacaq. Ancaq bu o demək deyil ki, biz hadisələrin gedişini sakitcə izləməliyik", - Nalbandov bildirib və qeyd edib ki, beynəlxalq təşkilatlarla daimi əlaqədə olan gürcü tərəfi məhz bu addımı atır.

Nazir müavini həmçinin ötən həftənin hadisələrini şərh edərək qeyd edib ki, "Rusiyanın hazırkı ritorikası gürcü tərəfinə intensiv iş üçün yetərincə əsas verib".

Onun sözlərinə görə, Gürcüstan XİN heç bir açıqlama verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti