...

Gürcüstanın qeyri-parlament müxalifəti avqustun 7-dəki aksiyalarla bağlı qərar verməyib

Siyasət Materials 3 Avqust 2009 15:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 avqust / Trend , müxbir N.Kirsxaliya /

"Gürcüstanın qeyri-parlament müxalifəti Rusiya ilə müharibənin ildönümü günündə - avqustun 7-dəki aksiyalarla bağlı məsləhətləşmələr aparır", - Konservativ partiyanın lideri Zviad Dzidziquri məlumat verib.

Dzidziquri məsləhətləşmələrin hansı müxalif qüvvələr arasında aparıldığını dəqiqləşdirməyərək qeyd edib ki, bu barədə yaxın zamanlarda məlumat veriləcək.

Müxalifət bu tarixdə aksiyalar keçirib-keçirməyəcəyinə də qərar verməyib.

Milli Forumdan bildirilib ki, onlar dəvət almadıqlarından məsləhətləşmələrdə iştirak etməyiblər.

"Biz bu aksiyanı bir şərtlə planlaşdırırdıq - avqustun 7-dək bütün müxalifət spektri regionlarda işə və xalqla bu barədə məsləhətləşmələrə başlamalı idi. Bundan sonra regionların əhalisinin səfərbərliyi baş tutmalı idi. Bizə məsləhətləşmələrdə iştirak etməyi təklif etsələr, əvvəlcə şərtlərlə tanış olacağıq", - forumdan deyilib.

Avqustun 7-dəki aksiyaların təşəbbüskarlarından birinciləri arasında Milli Forum da olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti