...

Ağ Ev Əhmədinejadı İranın seçilmiş prezidenti kimi tanıyıb

Siyasət Materials 5 Avqust 2009 11:00 (UTC +04:00)

ABŞ çərşənbə axşamı Mahmud Əhmədinejadı İranın seçilmiş prezidenti kimi tanıyıb, bu barədə Reyter agentliyi Ağ Evin rəsmi nümayəndəsi Robert Qibbsə istinadən bildirib.
"ABŞ Əhmədinejadı İran prezidenti kimi tanıyırmı" sualına Qibbs cavab verib: "İranlılar öz rəhbərlərini seçməli idi. O, (Əhmədinejad) İranın seçilmiş prezidentidir".
Öncə Qibbs bəyan etmişdi ki, ABŞ prezidenti Barak Obama Əhmədinejadı İran prezidenti vəzifəsinə seçilməsinin təsdiqlənməsi münasibəti ilə təbrik etmək niyyətində deyil. Əhmədinejad vəzifəsinin icrasına avqustun 5-də başlayacaq, RİA Novosti yazır.
İranda iyunun 12-də keçirilən prezident seçkilərinin nəticələrinin elan olunmasından sonra müxalifətin məğlub olan lideri Mirhüseyn Musəvinin tərəfdarları hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandıraraq, onları ləğv etməyi tələb edib. Tehranda baş qaldıran kütləvi iğtişaşlar nəticəsində 27 nəfər həlak olub, təxminən min nəfər həbs olunub.

Xəbər lenti

Xəbər lenti