...

İran KTMT-də müşahidəçi statusu əldə etmək üçün ərizə verməyib - baş katib

Siyasət Materials 6 Avqust 2009 14:32 (UTC +04:00)

İran Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunu əldə etmək üçün ərizə verməyib, lakin təşkilat ilə əməkdaşlığı bir sıra istiqamətdə davam etdirir, bu barədə cümə axşamı mətbuat konfrasında RİA Novostiyə KTMT-nin baş katibi Nikolay Bordyuja bildirib.
"İran bizim bəzi əməliyyatlarımızda, misal üçün Əfqanıstanın narkotik trafiki üzrə əməliyyatda çox uğurla və fəal iştirak edir, narkotiklərin daxil olması üzrə bu və ya digər kanalların bağlanması üçün xeyli sayda adam ayırır. Bu gün İran tərəfinin müşahidəçi statusunun alınması, KTMT-yə daxil olmaq üzrə məsələyə baxılması istiqamətində konkret addım atması hələ ki hiss olunmur", - Bordyuja jurnalistlərin İranın KTMT ilə mümkün yaxınlaşması barədə sualına cavab olaraq bildirib. 
Martın sonunda İranın Rusiyadakı səfiri Mahmud Sədjadi bidirib ki, Tehran KTMT-nin fəlaiyyətini maraqla izləyir. KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.

Xəbər lenti

Xəbər lenti