...

Brayza Gürcüstan müxalifətinin bir hissəsinin Milli Təhlükəsizlik Şurasının iclasında iştirakını bəyənir

Siyasət Materials 11 Avqust 2009 17:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 avqust / Trend , müxbir N.Kirsxaliya /

ABŞ-ın dövlət katibinin köməkçisinin müavini Metyu Brayza Gürcüstandakı siyasi proseslərin "küçələrdən bağlı məkanlara keçməsi" faktını bəyənir.

Brayzanın Tbilisidəki mətbuat konfransında bəyan etdiyi kimi, o, müxalifətin bir hissəsinin islahatlar üzərində işləməsinə əmin olub. "Ciddi insanlar ciddi islahatlar üzərində işləməlidir", - o bildirib və əlavə edib ki, müxalifətin bir hissəsinin Milli Təhlükəsizlik Şurasının iclasında iştirakını bəyənir.

Brayza həmçinin "Gürcüstan naminə Alyans"ın lideri İrakli Alasaniyanın güc nazirləri ilə görüş təşəbbüsünü bəyənib. "Ümid edirik ki, bu görüş zorakılığa son qoyacaq", - o bəyan edib.

Minsk qrupunun həmsədri eyni zamanda, müxalifətçilərin ABŞ-ın və özünün "Gürcüstandakı müəyyən personalları dəstəklədiyini" deməsi ilə bağlı bəyanatlarını gülünc adlandırıb. Onun sözlərinə görə, bu belə deyil. "ABŞ Gürcüstanı, gürcü xalqını və ölkənin siyasi və iqtisadi azadlığını dəstəkləyir", - Brayza qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti