...

Gürcüstan MDB-dən çıxmaqla iqtisadi planda heç nə itirmir, siyasi planda isə qazanır - dövlət naziri (EKSKLÜZİV)

Siyasət Materials 17 Avqust 2009 18:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 avqust / Trend , müxbir N.Kirsxaliya /

"MDB-dən çıxmaq Gürcüstana iqtisadi zərər vurmayacaq", - Trend -a Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili deyib.

"MDB çərçivəsindəki çoxtərəfli razılaşmalardan çıxaraq, ötən il ərzində MDB-yə üzv olan ölkələrlə ikitərəfli müqavilələr imzalamışıq. Odur ki, itikilərimiz minimal olacaq", - o bildirib.

Dövlət naziri vurğulayıb ki, Gürcüstan siyasi planda "Rusiyanın hakim mövqe tutduğu süni postsovet məkanından çıxa bildi". "Bu, bizim üçün ölkəmizin geostrateji seçimi olan demokratiyanın inkişafı, NATO və Aİ-yə inteqrasiya istiqamətində irəli addım atmaq üçün şansdır", - o qeyd edib.

Nazir bildirib ki, bu təşkilatlara can atma və MDB-də üzvlük, Gürcüstanın xarici siyasət kursunun prioritetləri ilə uyğunlaşmır.

Avqustun 18-də Gürcüstan rəsmi şəkildə MDB-ni tərk edəcək. Bu, çıxmaq üçün verilən ərizədən keçən bir ilin tamamında gerçəkləşir. Bu qərarı Gürcüstan ötən il, ərazilərinin işğalından sonra qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti