Gürcüstan, Tbilisi, 18 avqust / Trend , müxbur N.Kirsxaliya /
Gürcüstanda yaşayan ermənilər Ermənistan hökumətinə məktub göndərərək, gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılardan müdafiə istəyib. "Axali Taoba" (Yeni nəsil) qəzetinin verdiyi məlumata görə, məktub Kvemo Kartlidə yaşayan erməni əhalisinin bir hissəsi tərəfindən imzalanıb.
Gürcüstan Prezidentinin müşaviri Van Bayburt bildirir ki, bu məktubla tanış olub və deyə bilər ki, orada yazılanların hamısı yalandır. Onun sözlərinə görə, məktubda Samsxe-Cavaxeti-Salkanın adı çəkilir. Bu o deməkdir ki, tarixin saxtalaşdırılmasından əlavə, məktubun müəllifləri həm də coğrafiyanın saxtalaşdırılmasına başlayıblar. Erməni Van Bayburt qeyd edir ki, bu termini yalnız bir təşkilat - "Birləşmiş Cavaxk" işlədir. Bu təşkilat Rusiyadan maliyyələşir və bu məktubun nəyə xidmət etdiyi tamamilə aydındır.
O həmçinin Gürcüstanda yaşayan erməni və azərbaycanlılar arasında hər hansı qarşıdurma olduğunu istisna edir. Tsalka məsələsinə gəlincə, Van Bayburt Ermənistanın bu əraziyə iddia etməsi ehtimalını istisna edir, çünki onun sözlərinə görə, "Yerevanda bu durumu çox yaxşı anlayırlar və bu mövzu heç vaxt aktual olmayacaq".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]