Azərbaycan, Bakı, 18 avqust / Trend , A.Axundov /
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev çərşənbə axşamı Trend -a bildirib ki, 24 yaşlı gizir Qurbanov Elçin Camal oğlu Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttinin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində ağır yaralanıb. Güllə onun dalaq nahiyəsindən dəyib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirilirlər.