...

Azərbaycanın hakim partiyası Seçki Məcəlləsinə ciddi dəyişikliklərin edilməsinə ehtiyac duymur

Siyasət Materials 20 Avqust 2009 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir C.Babayeva /

Azərbaycanın hakim partiyası ölkənin Seçki Məcəlləsinə ciddi dəyişikliklərin edilməsinə ehtiyac  duymur.

"Hazırkı Seçki Məcəlləsi azad, ədalətli və şəffaf seçkilər keçirməyə imkan verir. Seçki Məcəlləsi dəfələrlə sınaqlardan keçmiş və özünü doğrultmuşdur. Beynəlxalq təşkilatlar da Azərbaycanın Seçki Məcəlləsini müsbət qiymətləndirir", - cümə axşamı Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katib Əli Əhmədov partiyanın rəsmi saytına müsahibəsində bildirib.

Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur. "Lakin vaxt çatışmazlığı səbəbindən bunu etmək mümkün deyil", - o bildirib.

Bələdiyyələrin hüquqi statusunun müəyyənləşdirilməsi haqqında təkliflərə toxunan Əhmədov bildirib ki, vaxt ötdükcə bu ehtiyac ortaya çıxır. "Ölkədə bələdiyyələrin birləşdirilməsi haqqında qanun qəbul edilib və hesab edirəm ki, bu proseslər gələcəkdə də davam etdiriləcək", - partiyanın sədr müavini bildirib.

Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi bu ilin dekabrına nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti