...

Hollandiyanın Baş katibi Bakıda Azərbaycan-Hollandiya münasibətlərini müzakirə edəcək (EKSKLÜZİV)

Siyasət Materials 21 Avqust 2009 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir C.Babayeva /

Hollandiya Krallığının Baş katibi Ed Kronenburq payızda Bakıda Azərbaycan və Hollandiya münasibətlərinin perspektivlərini müzakirə edəcək.

"Baş katibin səfəri ilkin olaraq oktyabrın 6-na nəzərdə tutulub", - cümə günü Trend -a Azərbaycanın Krallıqdakı səfirliyinin birinci katibi Elçin Bəşirov məlumat verib.

Kronenburqun iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edəcəyi gözlənilir.

Həmçinin oktyabrda Hollandiyanın Bakıdakı səfirliyinin açılması planlaşdırılır. Səfirliyin açılması təklifi ilə Hollandiyanın xarici işlər naziri Maksim Verhagen çıxış edib. Səfirlik holland müəssisələrinin məqsədlərinə xidmət edəcək və energetika sahəsində əməkdaşlıq məsələləri ilə məşğul olacaq.

Holland səfir Aİ ölkələrinin Bakıdakı səfirlikləri, həmçinin Tbilisi və Ankaradakı səfirliklərlə sıx əlaqədə işləyəcək. Səfirin namizədliyi hazırda Azərbaycan tərəfindən nəzərdən keçirilir.

Hollandiya Baş katibinin səfirliyin açılışında iştirak edəcəyi də gözlənilir.

Azərbaycanın Hollandiyadakı səfirliyi 2007-ci ildə açılıb. Hazırkı səfirimiz Fuad İsgəndərovdur.

2009-cu ilin yanvar-aprel aylarında Azərbaycan və Hollandiya arasında ticarət dövriyyəsi 17,8 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti