...

İranın yeni Nazirlər Kabineti: sədaqət və peşəkarlıq arasında seçim

Siyasət Materials 27 Avqust 2009 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir T.Konyayeva /

Rusiyanın məşhur politoloqu və şərqşünası hesab edir ki, yeni Nazirlər Kabinetini baxılması üçün parlamentə təqdim edərək Əhmədinejad tərəzinin bir gözünə bütün irəli sürülmüş namizədlərin sədaqətini, digər gözünə isə yeni nazirlərin kifayət etməyən təcrübə və peşəsini qoydu.

"İran Prezidentinin fikrincə, yeni kabinetin güclü tərəfi odur ki, bütün yeni komanda İİİK-dəki (İran İslam İnqilabı Keşikçiləri) böyük təcrübəyə malik şəxlərdən ibarətdir və onlar ona sədaqətli olacaqlar", - Trend -a elektron poçtla Yaxın Şərq İnstitutunun prezidenti, professor Yevqeni Satanovski bildirib.

Onun sözlərinə əsasən, digər tərəfdən parlamentin nöqteyi-nəzərindən irəli sürülən nazirlərin çoxunun başçılıq edəcəkləri idarələrdə təcrübəyə malik olmamaları hökumətin zəif tərəfidir.

Ötən həftə İran Prezidenti Mahmud Əhmədinejad parlamentə qanunverici kimi təsdiqlənəcək 21 nazirdən ibarət yeni hökumətin siyahısını təqdim edib. Nazir vəzifələrinə irəli sürülən namizədlər arasında Əhmədinejadın əvvəlcə bəyan etdiyindən çox gənc şəxslər iddia edirlər.

İran parlamenti nümayəndəsinin fikrincə, yeni nazirlərin gənc olması onların səmərəli şəkildə işləmək bacarıqları ilə yanaşı, yeni hökumətin müsbət keyfiyyəti kimi qiymətləndirilir.

"Yeni kabinetin müsbət keyfiyyətləri arasında onun gənc olmasını, həmçinin səmərəli işləmək bacarığını qeyd etmək lazımdır, - Trend -a telefonla, İranın təhlükəsizlik üzrə Parlament Komissiyasının vitse-prezidenti İsmail Kövsəri (Esmaeil Kosari) bildirib. Ötən dörd il ərzində prezident bütün nazirliklər və hakimiyyət orqanları ilə bağlı təcrübə yığıb və kimin hansı potensiala malik olmasını yaxşı bilir".

Kövsəri əlavə edib ki, ümumilikdə parlamentdə Əhmədinejad tərəfindən təklif edilən kabinetin təsdiqlənməsi üzrə müəyyən razılıq əldə olunub və "beşballıq sistemlə yeni nazirlər kabinetini "dörd" ilə qiymətləndirmək olar".

PressTV-nin bildirdiyi kimi, əvvəlcə parlamentdə prezident rərəfindən təqdim edilən siyahı üzrə Məclisin spikeri Əli Laricaninin təşəbbüsü ilə sərt müzakirələr keçirilib. O, "nazirliyin tədris yeri olmadığını" söyləyərək, Əhmədinejadı təcrübəli nazirlər təyin etməyə çağırıb.

Laricaninin nöqtey- nəzərini vitse-prezident Məhəmməd-Rza Bahonar da dəstəkləyib və ixtisaslı nazirlərin seçilməsini təklif edərək prezidentin kadr siyasətinə qarşı çıxış edib.

"Biz Əhmədinejadın gənc kabinetin yaradılması haqqında təklifinə qarşı çıxmırıq. Lakin nazirlik fiziki şəxslərin təhsil alması üçün bir yer deyil", - Bahonar bildirib.

Namizədlərə gəldikdə isə, ötən həftə Bahonar irəli sürülən bir neçə namizədin parlament tərəfindən qəbul edilməyəcəyi ilə bağlı gələcək nazirləri xəbərdar edib, PressTV xəbər verir.

"Mən və mənim həmkarlarım hesab edirik ki, Prezident Əhmədinejad tərəfindən təklif olunan beş namizəd parlamentdə kifayət qədər səs toplamayacaq", - parlament üzvü əlavə edib.

Satanovski və Yaxın Şərq İnstitutunun digər ekspertlərinin fikrincə, adıçəkilən namizədlər arasında əsas problem neft naziri vəzifəsinə iddia edən hazırkı ticarət naziri Masud Mirkezami (Massoud Mirkazemi), energetika naziri vəzifəsinə nəzərdə tutulan Məhəmməd Əliabadi (Mohammad Aliabadi) - (fiziki tərbiyə üzrə Komitənin keçmiş başçısı), informasiya naziri vəzifəsinə nəzərdə tutulan Heydər Moslexi (Heydar Moslehi) - (din xadimi, İmam Hüseyninin İİİK-dəki 80-cı illərdə İran-İraq müharibəsi cəbhəsindəki nümayəndəsi)  və keçmiş daxili işlər naziri və hazırda birinci vitse-prezident vəzifəsinə iddiaçı Sadek Maxsulinin namizədliyi ilə bağlı yaranacaq.

Kosari güman edir ki, yalnız iki və ya üç namizəd parlament debatlarından keçməyəcək və səslərin lazımı sayını toplaya bilməyəcək. Lakin son dəqiqəyə kimi təsdiqlənən namizədlərin sayını qabaqcadan bilmək mümkün deyil. Onun sözlərinə görə, parlament nümayəndələri yeni kabineti müsbət qiymətləndirirlər.

"Hər gün yeni kabinetin müzakirələri zamanı parlament nümayəndələrinin yeni nazirlərin seçilməsi ilə əlaqədar qaldırdığı bəzi məsələlər öz həllini tapır", - telefonla Kosari bildirib.

Materialın hazırlanmasında T.Cəfərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti