Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir V.Javoronkova /
Azərbaycanın ABŞ-dakı səfirliyi "Google" şirkətinə müraciət edərək Google maps saytındakı səhvi düzəltməyi tələb edib. İnternet resursunun yaradıcıları Naxçıvan Muxtar Respublikasını Azərbaycanın tərkib hissəsi kimi göstərməyib.
"Google" şirkətinin rəhbərliyi "Google maps" xidmətinin yeni yaradıldığını və hələ də müəyyən nöqsanların olduğunu etiraf edərək, problemin qısa müddətdə aradan qaldırılacağına söz verib, Azərbaycan XİN-in mətbuat xidməti ölkənin ABŞ-dakı səfirliyinə istinadən bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]