...

Azərbaycan Prezidenti Liviya, Slovakiya və Özbəkistan rəhbərlərini milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 31 Avqust 2009 13:36 (UTC +04:00)
Azərbaycan Prezidenti ölkə rəhbərlərinə mömkəm can sağlığı, dost xalqlara əmin-amanlıq və firəvanlıq arzu edib.
Azərbaycan Prezidenti Liviya, Slovakiya və Özbəkistan rəhbərlərini milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Liviya, Slovakiya və Özbəkistan rəhbərlərini - Müəmmər Əl-Qəzzafi, İvan Qaşparoviç və İslam Kərimovu milli bayram münasibətilə təbrik edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi bazar ertəsi yayıb.

Azərbaycanın dövlət başçısı Liviya rəhbərini milli bayramı - Böyük inqilab günü münasibətilə təbrik edib. Təbrik məktubunda dövlət başçısı Azərbaycan ilə Liviya arasındakı dostluq münasibətlərinin əməkdaşlığın inkişaf etdirilməsi, əlaqələrin bütün sahələrdə genişləndirilməsi üçün daim möhkəm təməl olacağına əminliyini bildirib.

Prezident slovakiyalı həmkarını milli bayram - Konstitusiya günü münasibətilə təbrik edib. Dövlət başçısı təbrik məktubunda Azərbaycan-Slovakiya münasibətlərinin qarşılıqlı maraqlara uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Dövlət başçısı özbəkistanli həmkarını milli bayram - Müstəqillik günü münasibətilə təbrik edib. Təbrik məktubunda Prezident ortaq mənəvi dəyərlərə malik xalqların iradəsinə uyğun olaraq Azərbaycan-Özbəkistan dostluğunun, dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi yolunda bundan sonra da ardıcıl səylər göstəriləcəyinə əminliyini bildirib.

Azərbaycan Prezidenti ölkə rəhbərlərinə mömkəm can sağlığı, dost xalqlara əmin-amanlıq və firəvanlıq arzu edib.

Xəbər lenti

Xəbər lenti