...

Gürcüstanda avtobus partlayıb, bir nəfər həlak olub

Siyasət Materials 2 Sentyabr 2009 15:58 (UTC +04:00)

Gürcüstan Tbilisi, 02 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanda avtobusun partlaması nəticəsində bir nəfər ölüb, ağır xəsarət alan bir neçə nəfər isə Qori şəhər xəstəxanasına çatdırılıb. Bu barədə Şida Kartlinin (Şərqi Gürcüstan) regional idarəsindən məlumat verilib.

Avtobus Sveneti kəndindən yola çıxıb. Avtobusda öz məhsullarını qonşu kəndə satmağa aparan kəndlilər olub.

İlkin fərziyyəyə görə, partlayışa səbəb avtobus mühəririkini işlədən qaz balonundakı nasazlıq olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti