...

İstanbulda baş verən güclü sel zamanı xəsarət alanlar arasında Qazaxıstan vətəndaşları yoxdur

Siyasət Materials 10 Sentyabr 2009 11:37 (UTC +04:00)
İstanbulda baş verən güclü sel zamanı xəsarət alanlar arasında Qazaxıstan vətəndaşları yoxdur

Qazaxıstan, Astana, 10 sentyabr / Trend New, müxbir K.Konırova /

İstanbulda baş verən güclü sel zamanı xəsarət alanlar arasında Qazaxıstan vətəndaşları yoxdur, bu barədə Trend -a QR XİN-in mətbuat katibi İlyas Ömərov bildirib.

"Bizə hələ ki, xəsarət alan qazaxıstanlılarla bağlı məlumat daxil olmayıb. İstanbulda vəziyyətə nəzarət edən və məlumat toplanması ilə məşğul olan baş konsulluğumuz mövcuddur", - Ömərov bildirib.

Onun sözlərinə əsasən, son günlər hidrometeoroloqların proqnozları könül açan deyil, yağışlar davam edəcək, buna görə də QR XİN bütün bu günlər ərzində vəziyyəti izləyəcək.

İstanbulda sel nəticəsində təxminən 30 nəfər həlak olub. Bir neçə gün davam edən güclü yağışlar səbəbindən şəhərə və əhaliyə böyük ziyan dəyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti