...

Gürcüstanda "donuz qripi"nə yoluxma ilə bağlı iyirmi birinci fakt aşkar edilib

Siyasət Materials 15 Sentyabr 2009 11:54 (UTC +04:00)
Gürcüstanda "donuz qripi"nə yoluxma ilə bağlı iyirmi birinci fakt aşkar edilib
Gürcüstanda "donuz qripi"nə yoluxma ilə bağlı iyirmi birinci fakt aşkar edilib

Gürcüstan, Tbilisi, 15 sentyabr / Trend New, müxbir N.Kirtsxaliya /

Gürcüstanda "donuz qripi"nə yoluxma ilə bağlı iyirmi birinci fakt aşkar edilib. Gürcüstan Səhiyyə Nazirliyindən bildirildiyi kimi, AH1N1 virusu İspaniyadan vətənə qayıdan gənc qızda aşkar edilib.

Bu dəfə də virus özünü yüngül formada biruzə verib və qız demək olar ki, sağalıb. O, həkimlərin nəzarəti altındadır.

Gürcüstanda aşkar edilən bütün yoluxma hallarında virus ölkə hüdudlarından kənardan daxil olub.

Bununla yanaşı, həkimlər Gürcüstanda "donuz qripi"nin payızda daha çox artacağını gözləyirlər. Səhiyyə Nazirliyi bəyan edir ki, ölkədə bu virus əleyhinə lazımı qədər preparat mövcuddur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti