...

ABŞ Rusiyanın İran əleyhinə kəskin sanksiyaları dəstəkləməsi ümidi ilə RƏM sisteminin qurulmasını təxirə salıb - hərbi ekspert

Siyasət Materials 17 Sentyabr 2009 17:47 (UTC +04:00)
Hazırda əsas problem nüvə raketlərində deyil, İranın nüvə silahlarındadır. Belə ki, ABŞ İrana qarşı sanksiyalarda Rusiyanın dəstəyini qazanmaq istərdi. Rusiyanın hərbi eksperti Pavel Felgenhauer belə hesab edir.
ABŞ Rusiyanın İran əleyhinə kəskin sanksiyaları dəstəkləməsi ümidi ilə RƏM sisteminin qurulmasını təxirə salıb - hərbi ekspert

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir E.Tariverdiyeva /

Hazırda əsas problem nüvə raketlərində deyil, İranın nüvə silahlarındadır. Belə ki, ABŞ İrana qarşı sanksiyalarda Rusiyanın dəstəyini qazanmaq istərdi. Rusiyanın hərbi eksperti Pavel Felgenhauer belə hesab edir.

"Söhbət İrana benzin idxalına qadağa qoyulmasından gedir ki, bu da İranın daxilində ciddi böhrana səbəb olacaq. Görünür ki, Aİ İrana benzin idxalına birtərəfli sanksiyaların tətbiqi ilə BMT-nin qərarı olmadan belə razıdır, İran benzinin 40 faizini idxal yolu ilə əldə edir. Bu baş verərsə ABŞ donanması İrana benzin buraxmamaq üçün sahilin blokadasına başlaya bilər", - Trend -a Moskvadan telefonla Felganhauer bildirib.

Çexiya KİV-in diplomatik mənbələrə istinadən bildirdiyi kimi, ABŞ Prezidenti Barak Obama cümə axşamı Çexiyanın Baş naziri Yan Fişerə ABŞ-ın Çexiya ərazisində raket əleyhinə müdafiə (RƏM) sisteminin yerləşdirilməsindən imtina etməsi barədə məlumat verib. Bu barədə RİA Novosti yazır.

ABŞ və bir sıra Qərb ölkələri İranı sülh nüvə proqramı pərdəsi altında nüvə silahı hazırlamaqda ittiham edir. BMT Təhlükəsizlik Şurası beş qətnamə qəbul edib. Onlardan üçü İrana uranın zənginləşdirilməsindən imtina etməyi tələb edən sanksiya tətbiq edilməsi haqqındadır, iki qətnamədə isə xəbərdarlıq var.

"ABŞ oktyabrda İranla danışıqlara başlamağı planlaşdırır, əgər razılıq alınmasa, yeganə çıxış yolu mühasirə olacaq", -  ekspert hesab edir.

Felgenhauerin fikrincə, belə vəziyyətdə İranın ballistik raketləri nüvə qroqramı ilə müqayisədə aktuallığını itirir.

Ekspertin sözlərinə görə, ABŞ-da Polşa və Çexiyada RƏM yerləşdirilməsi planının əleyhdarları çox olub, Pentaqonun özündə də həmişə Avropada RƏM-in sürətli yerləşdirilməsi planına müxalif olanlar olub.

"Hazırda ABŞ həm pula qənaət, həm də Rusiya tərəfinə müəyyən reverans edə bilər, onsuz da Rusiyanın dəstəyi İranın nüvə proqramı ilə bağlı mühüm problemin həllinə mane olmur", - Felgenhauer deyib.

"İndi söhbət RƏM-in yerləşdirilməsinin təxirə salınmasından gedir, lakin ola bilər ki, bu sistem Buş administrasiyasının görmək istədiyi şəkildə artıq heç vaxt yaranmasın", - o deyib.

"ABŞ öz ərazilərində də, məsələn, Kaliforniyada Şimali Koreyaya qarşı RƏM-in yerləşdirilməsini dayandırıb", - Felgenhauer deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti