...

Azərbaycan Prezidenti Qusarda Qanlı dərədə qələbə çalan qəhrəmanların şərəfinə ucaldılan abidənin açılışında iştirak edib

Siyasət Materials 18 Sentyabr 2009 19:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qusardakı Qanlı dərədə qələbə çalan Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılan abidənin açılış mərasimində iştirak edib.
Azərbaycan Prezidenti Qusarda Qanlı dərədə qələbə çalan qəhrəmanların şərəfinə ucaldılan abidənin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Qusardakı Qanlı dərədə qələbə çalan Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılan abidənin açılış mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Bildirilib ki, tarixin şanlı mərhələsinin gənc nəsillərə ötürülməsi məqsədilə ucaldılan bu abidə Azərbaycan gəncliyinin ata-babalarımızın bu qəhrəmanlıq salnaməsini daha yaxşı öyrənmələri və yadda saxlamaları üçün əsil mənbədir.
Dövlət başçısı abidənin üzərindəki ağ örtüyü açıb və bu münasibətlə Qusar ictimaiyyətini təbrik edib.
Prezident İlham Əliyev sakinlərlə xatirə şəkli çəkdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti