Azərbaycan gələcəkdə Böyük Qafqazın təməli olacaq - Rusiya İslam Komitəsinin sədri

Siyasət Materials 22 Sentyabr 2009 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr / Trend , müxbir Ü.Sadıxova /

"İslam dünyasının bir hissəsi və Böyük Qafqazın böyük ölkəsi olan Azərbaycanın taleyinə gələcəkdə Böyük Qafqazın təməli olmaq yazılıb", - bu barədə Trend -a Rusiya İslam Komitəsinin sədri Heydər Camal bildirib.

Əslən azərbaycanlı olan Camalın sözlərinə əsasən, regionda əsas ölkəyə çevrilmə yolunda Azərbaycan bir çox işlər görməli, xüsusən də islam ölkələri ilə münasibətləri yenidən nəzərdən keçirməlidir.

"Düşünürəm ki, coğrafi subyektə yox, tarixi oyunçuya çevrilmək üçün Azərbaycan, bir hissəsi olduğu müsəlman dünyası ilə əlaqələri gücləndirməlidir", - Rusiya Milli Assambleyasının üzvü Camal bildirib.

Onun sözlərinə əsasəb, İKT və böyük müsəlman ölkələri ilə yanaşı, Azərbaycan "tarixi proseslə bağlı məsuliyyəti öz üzərinə götürən böyük müsəlman təşkilatları qismində islam küçəsi ilə əlaqələr" qurmalıdır.

Müsəlman irsinin saxlanılması və inkişafına töhvələrinə görə 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı seçilib.

Xəbər lenti

Xəbər lenti