...

Türkiyənin Baş naziri ABŞ-a səfər edib

Siyasət Materials 23 Sentyabr 2009 11:33 (UTC +04:00)

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-da səfərdədir. O, BMT Baş Assambleyasının 64-cü sessiyasında və Pitsburqda G-20 sammitində iştirak edəcək, Anadolu agentliyi xəbər verir.

Nyu-Yorkda Ərdoğan ABŞ-ın yəhudi təşkilatlarının, həmçinin Anti-Defamasiya Liqasının nümayəndələri ilə görüş keçirib.

Ərdoğan görüşdə bildirib ki, ATƏT-in Minsk Qrupu ABŞ-ın həmsədrliyi altında Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasına əhəmiyyətli töhvə verib və münasibətlərin gələcəkdə də yaxşılaşması üçün o, daha çox işləməlidir.

Ərdoğanın yəhudi təşkilatları ilə görüşdə təşkilat nümayəndələri Yaxın Şərqdə kütləvi qırğın silahlarının yayılmasından və Holokostu danan İran Prezidenti Mahmud Əhmədinejadın bəyanatlatlarından narahat olduqlarını qeyd ediblər.

Ərdoğan bildirib ki, Türkiyə yerləşdiyi regionunda və bütün dünyada kütləvi qırğın və nüvə silahlarının hər bir növünə qarşı çıxış edir.

Ərdoğan həmçinin İran rəhbərinin bu ölkənin nüvə silahını sülh məqsədilə həyata keçirəcəyinə dair sözlərini sitat gətirərək bildirib ki, Türkiyə hər zaman İrana nüvə silahını qəbul etmədiyini bildirib.

Türkiyənin Baş naziri deyib ki, onun ölkəsi İsrail və Suriya arasında İsrailin Qəzzaya hücum etməsindən sonra dayandırılan birbaşa danışıqları dəstəkləmək üçün hər bir səyi göstərir.

Ərdoğan ilə birlikdə Nyu-Yorka Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da səfər edib. O, İsveçin xarici işlər naziri, Avropa İttifaqının hazırkı sədri Karl Bildt və ispaniyanın xarici işlər naziri, Aİ-nin gələcək sədri Migel Anxel Moratinos ilə görüşlər keçirib.

Dövlət naziri Əli Babacan, dövlət naziri və Türkiyənin Aİ-yə daxil olması üzrə danışıqlarda nümayəndə heyətinin başçısı Egemen Baxış, maliyyə naziri Mehmet Şimşək və türkiyəli deputatlar da Nyu-Yorkda səfərdədirlər.

Xəbər lenti

Xəbər lenti