Gürcüstan, 23 sentyabr / Trend New, müxbir N.Kirtsxaliya /
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Nyu-Yorkda ABŞ-ın Quantanamoda hərbi bazasında həbsxananın bağlanması məsələsi üzrə xüsusi nümayəndəsi Deniel Frid ilə görüşüb.
Vaşadzenin Gürcüstan jurnalistlərinə bəyan etdiyi kimi, Quantanamo məhbuslarının Gürcüstan ərazisinə köçürülməsi "nəzəri səviyyədə" müzakirə edilir.
Fridin bəyanatına əsasən, qəti qərar hələ ki, əldə olunmayıb, lakin lazım olan halda ABŞ dost bir ölkə kimi Gürcüstana ümid edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]