...

Avropa İttifaqı ilin sonunadək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə ümid edir

Siyasət Materials 30 Sentyabr 2009 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir Y.Ostapenko/

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ümid edir ki, ilin sonunadək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində konkert nəticələr əldə ediləcək.

"Avropa İttifaqı ATƏT-in Minsk qrupunun üç həmsədrinin işini dəstəkləyir", - Semnebinin Azərbaycana səfərinin yekununa dair Aİ-nin press-relizində deyilir.

Semnebi çərşənbə axşamı və çərşənbə günü Bakıda səfərdə olub. Səfər zamanı onun Prezident İlham Əliyevlə və XİN rəhbəri Elmar Məmmədyarovla görüşləri keçirilib.

Səfər zamanı türk-erməni əlaqələrinin normallaşmasına və bu prosesin Azərbaycan üçün nəticələrinə dair məsələlərə toxunulub.

"Aİ Türkiyə və Ermənistan arasındakı razılaşmanı alqışlayır. Bütün sərhədlərin açılması sülh, təhlükəsizlik və stabilliyə kömək edəcək və regiona öz iqtisadi potensialını tam inkişaf etdirmək üçün imkan yaradacaq", - press-relizdə deyilir.

Oktyabrın 10-da Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin bərpa edilməsinə dair razılıq imzalanması planlaşdırılır. Protokol imzalandıqdan sonra təsdiq edilməsi üçün hər iki ölkənin parlamentinə təqdim ediləcək.

Semnebi səfəri zamanı Azərbaycan hökuməti ilə Aİ arasındakı əlaqələri müzakirə edib. "Şərq tərəfdaşlığı" proqramı müzakirə edilib. Bu proqram Aİ və altı postsovet ölkəsi arasındakı əlaqələrin inkişafı üçün yeni əsas təşkil edir.

"Şərq tərəfdaşlığı" proqramının köməyi ilə Aİ və Azərbaycan öz əlaqələrini yeni səviyyəyə qaldıra bilərlər", - pres relizdə deyilir.

"Şərq tərəfdaşlığı" proqramı çərçivəsində hər bir tərəfdaş ölkə ilə assosiasiya barədə razılığın imzalanması nəzərdə tutulur. Assosiasiya haqqında qanun sərbəst ticarət zonalarının yaradılmasını nəzərdə tutur.

Aİ həmçinin hər bir ölkə ilə onların administrativ potensialının yaxşılaşması, eləcə də kadrların və texniki dəstəyin hazırlanması üçün institusional inşaata dair ümumi həcmli proqram hazırlayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti