...

Azərbaycanda Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü başlayıb

Siyasət Materials 3 Oktyabr 2009 12:24 (UTC +04:00)
İlk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkəkdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilib.
Azərbaycanda Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü başlayıb

Oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

İlk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkəkdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə görüşünün keçirildiyi "Duzdağ" mehmanxanasının konfrans salonunun qarşısında Türkiyə Prezidenti Abdullah Gülü, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyevi və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyevi böyük hörmət və ehtiramla qarşılayıb.
Zirvə görüşünün iştirakçıları xatirə şəkli çəkdiriblər.

Tədbiri açan Azərbaycan Prezidenti İlham Əliyev türkdilli ölkələrin liderlərini və nümayəndə heyətlərini salamlayıb. Dövlət başçısı 1992-ci ildəki ilk zirvə görüşündən keçən 17 il ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, işbirliyinin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini söyləyib, ötən toplantılarda regional və beynəlxalq məsələlər haqqında faydalı fikir mübadiləsi aparıldığını, bərabərlik prinsipinə əsaslanan əlaqələrin gücləndirilməsi, iqtisadi və sosial inkişafın sürətləndirilməsi baxımından böyük irəliləyişlər olduğunu bildirib.
Zirvə görüşü davam edir.

Dövlət başçıları zirvə görüşündə nitq söyləyəcək, sənədlər imzalanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti