Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir Y.Ostapenko/
İranın nüvə proqramı yalnız region üçün deyil, həmçinin bütün dünya üçün təhlükə yaradır. Bu barədə ABŞ-ın energetika nazirinin müavini Daniel Poneman bazar ertəsi deyib.
"İranla əlaqədar BMT Təhlkükəsizlik Şurasının sanksiyası artıq fəaliyyətə başlayıb. İrana yeni sanksiyaların qəbul edilməsi danışıqlardan asılı olacaq. Danışıqlar keçən həftə İranda uranın zənginləşdirilməsi üzrə ikinci zavodun yaradılması barədə məlumatların nəticəsində başlanıb", - Bakıda olan Poneman deyib.
"Gözləmək və vəziyyətin necə inkişaf edəcəyinə baxmaq lazımdır", - Poneman deyib.
Onun sözlərinə görə, ABŞ əvvəlki kimi vəziyyətin diplomatik yolla həlli üçün bütün səylərini göstərəcək.
"Bütün dünya istəyir ki, İran nüvə istehsalı sahəsində özünün əvvəlki öhdəliklərinin yerinə yetirilməsinə qayıtsın", - Poneman deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]