Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putini təbrik edib. Məlumatı AzərTAc İnformasiya Agentliyi yayıb.
Rusiya Federasiyası hökumətinin sədri ilə telefonla danışan Prezident Əliyev Putini ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.