...

Ukrayna hökuməti Krımda vandallar tərəfindən təhqir edilən azərbaycanlıların abidəsini bərpa edəcək – səfir

Siyasət Materials 8 Oktyabr 2009 14:20 (UTC +04:00)
"Sovet dönəmində Sevastopol şəhərində Sapun-qoredə İkinci Dünya müharibəsi zamanı Krım torpağında qəhrəmancasına döyüşən Azərbaycanın 77-ci diviziyasının şərəfinə qurulan abidəyə qarşı qanunsuz hərəkətlər Ukraynanın bütün əhalisi arasında, o cümlədən dövlətimizin rəsmi nümayəndələrinin və ictimai dairələrinin dərin hiddətinə səbəb olub", - cümə axşamı Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk bildirib.
Ukrayna hökuməti Krımda vandallar tərəfindən təhqir edilən azərbaycanlıların abidəsini bərpa edəcək – səfir

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir E.Tarıverdiyeva/

Ukrayna hökuməti Krımda vandallar tərəfindən təhqir olunan azərbaycanlıların abidəsini bərpa edəcək.

"Sovet dönəmində Sevastopol şəhərində Sapun-qoredə İkinci Dünya müharibəsi zamanı Krım torpağında qəhrəmancasına döyüşən Azərbaycanın 77-ci diviziyasının şərəfinə qurulan abidəyə qarşı qanunsuz hərəkətlər Ukraynanın bütün əhalisi arasında, o cümlədən dövlətimizin rəsmi nümayəndələrinin və ictimai dairələrinin dərin hiddətinə səbəb olub", - cümə axşamı Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk Krımda vandallar tərəfindən azərbaycanlıların abidəsinin təhqir edilməsi faktına şərh verərkən bildirib.

Çərşənbə axşamı bir neçə cinayətkar bürüncdən hazrlanan abidəni oğurlamaq məqsədi ilə onu dağıdıblar.

Azərbaycanın Ukraynadakı səfirliyi dünən Ukrayna hökumətinə nota göndərib. Notada səfirliyin bu faktla bağlı çox məyus olduğu bildirilib, cinayətkarların tapılması və cəzalandırılması, həmçinin abidənin bərpası tələb edilib.

Ukraynanın səlahiyyətli orqanları tərəfindən aparılan operativ tədbirlər nəticəsində bu hərəkətdə əlaqəsi olan şəxslər saxlanılıb.

Sevastopol şəhər hakimiyyəti abidə kompleksinin tamamilə bərpasına dair qərar qəbul edib. Kompleksin bərpası üçün 20-25 min dollar vəsait lazımdır. Azərbaycanlı döyüşçülərin abidə kompleksinin bərpası üçün Sevastopol şəhər hakimiyyətinə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk yaradıcısı olduğu "Rodnaya Volın" Fondundan 10 min dollar qrivna ayırmaq barədə qərar qəbul edib.

"Biz İkinci Dünya müharibəsində 8 milyon insan itirmişik və müharibəninin "dəyərini" bilirik", - Klimçuk bildirib.

"Ukrayna tərəfi yaxın zamanlarda bu məsələdə ədalətlin bərpasını özünün mənəvi borcu hesab edir", - səfir əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti