...

Azərbaycan Prezidenti İspaniyanın kralı Əlahəzrət İ Xuan Karlosa təbrik məktubu göndərib

Siyasət Materials 10 Oktyabr 2009 15:06 (UTC +04:00)
"Milli bayramınız – İspaniyanın Milli Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm" İlham Əliyev təbrik məktubunda deyib.
Azərbaycan Prezidenti İspaniyanın kralı Əlahəzrət İ Xuan Karlosa təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İspaniyanın Milli Günü münasibətilə ölkənin kralı Əlahəzrət İ Xuan Karlosa təbrik məktubu göndərib, şənbə günü AzərTAc dövlət agentliyi məlumat yayıb.

"Milli bayramınız - İspaniyanın Milli Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm" İlham Əliyev təbrik məktubunda deyib.

Dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan-İspaniya münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. "Əminəm ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylər göstərəcəyik" Azərbaycan Prezidenti deyib.



Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti