...

2010-cu ildə Berdıməhəmmədovun Düşənbəyə rəsmi səfəri gözlənilir.

Siyasət Materials 10 Oktyabr 2009 16:19 (UTC +04:00)
Rəsmi türkmən mənbəsindən verilən məlumata görə, Tacikistan prezidenti Emoməli Rahmon, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovu gələn il ölkəsinə rəsmi səfərə dəvət edib.
2010-cu ildə Berdıməhəmmədovun Düşənbəyə rəsmi səfəri gözlənilir.

Türkmənistan, Aşqabad, 10 oktyabr/ müxbir Trend H.Həsənov 

Rəsmi türkmən mənbəsindən verilən məlumata görə, Tacikistan prezidenti Emoməli Rahmon, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovu gələn il ölkəsinə rəsmi səfərə dəvət edib.

Səfərin dəqiq tarixi diplomatik kanallarla razılaşdırılacaq. 

"Biz Türkmənistanla hər sahədə əməkdaşlıq etməyə hazırıq. Çünki, bu gün bizim ölkələri inam, qarşılıqlı anlaşma və beynəlxalq və regional siyasətin əsas məsələlərinin həllinə ümumi münasibətimiz  birləşdirir" Tacikistan prezidenti belə deyib. 

Tacikistan prezidentinin iki günlük səfəri (9-10 oktyabr) çərçivəsində elektroenerji, xarici işlər, həmçinin turizm və idman nazirlikləri arasında əməkdaşlıq barədə hökumətlərarası razılıq imzalanıb.

Malların ixrac və idxalında dolayı vergilərin alınması prinsipləri haqqında razılığın imzalanmasına hazırlıq haqqında saziş də imzalanıb.

Xəbər lenti

Xəbər lenti