Oktyabrın 12-də Al Hummar sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın İordaniya Kralı II Abdullah və xanımı Raniyə ilə birgə görüşü keçirilib, bu barədə AzərTAc məlumat verib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Dövlət başçıları yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm əhəmiyyətini qeyd ediblər. Prezident İlham Əliyevin İordaniyaya növbəti rəsmi səfərinin əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyi bildirilib.
Prezident İlham Əliyev və Kral II Abdullah ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Azərbaycan Prezidenti İordaniya Kralı ilə görüşüb