...

Azərbaycan Prezidenti və İordaniya kralı arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib

Siyasət Materials 12 Oktyabr 2009 18:36 (UTC +04:00)
Oktyabrın 12-də Al Hummar sarayında təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Kral II Abdullahın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib, bu barədə AzərTAc məlumat verib.
Azərbaycan Prezidenti və İordaniya kralı arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib

Oktyabrın 12-də Al Hummar sarayında təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Kral II Abdullahın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib, bu barədə  AzərTAc məlumat verib. 
Görüşdə Kral II Abdullah Azərbaycan ilə İordaniya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb və ölkəsinin Azərbaycan ilə əlaqələrinə mühüm əhəmiyyət verdiyini qeyd edib. 
Kral II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib. 
Prezident İlham Əliyev ölkələrimiz arasında güclü siyasi əlaqələrin ikitərəfli əməkdaşlığı genişləndirməyə hərtərəfli zəmin yaratdığını vurğulayıb. 
Dövlətimizin başçısı İordaniya Kralı II Abdullahın Azərbaycana rəsmi səfərinin əlaqələrin inkişafında vacib rol oynadığını deyib. Prezident İlham Əliyev İordaniyanın beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirərək, səfər zamanı imzalanacaq sənədlərin əlaqələrimizin möhkəmlənməsinə əlavə imkanlar açacağını söyləyib. 
İki ölkənin iqtisadi əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edən Prezident İlham Əliyev, bu baxımdan hökumətlərarası iqtisadi komissiyanın işinin əhəmiyyətini vurğulayıb. Azərbaycan dövlətinin başçısı səfər çərçivəsində həyata keçiriləcək konkret layihələrlə bağlı faydalı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib. 

Xəbər lenti

Xəbər lenti