...

Gürcüstan DİN Şida Kartlidə baş verən təxribata dair rəsmi bəyanat yayıb

Siyasət Materials 14 Oktyabr 2009 18:48 (UTC +04:00)
Gürcüstan DİN Şida Kartlidə baş verən təxribat aktına dair rəsmi bəyanat yayıb.
Gürcüstan DİN Şida Kartlidə baş verən təxribata dair rəsmi bəyanat yayıb

Gürcüstan, Tbilisi, 14 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan DİN Şida Kartlidə baş verən təxribat aktına dair rəsmi bəyanat yayıb. Bu gün saat 02:00-da Xaşursk rayonun Caqveli kəndində "Kartli-2" elektrik ötürücüsünün dörd dayaq xəttində partlayış baş verib. Partlayış nəticəsində dörd dayağın hamısına ziyan dəyib, bəyanatda deyilir.

Dayaqlarda uzaq məsafədən idarə olunan trotilli partlayıcı qurğular quraşdırılıb. Hadisə yerinə Şida Kartli Baş Polis İdarəsinin kriminalistləri, həmçinin Avropa Birliyi müşahidə missiyasının nümayəndələri gəliblər. Ərazinin minalardan təmizlənməsindən sonra elektrik ötürücüdə bərpa işləri həyata keçirilir.

Hadisə ilə bağlı "terror aktı" faktı üzrə cinayət işi açılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti