...

Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı 265 nəfərin namizədliyi DSK-da təsdiq olunub

Siyasət Materials 14 Oktyabr 2009 18:20 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən çərşənbə günü Trend News-a verilən məlumata görə, onlardan 180 nəfəri imza vərəqələri götürüb. İmza vərəqi götürənlərin 75-i ali təhsilli, 96-sı orta təhsilli, digərləri isə natamam ali və natamam orta təhsilli şəxslərdir.
Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı 265 nəfərin namizədliyi DSK-da təsdiq olunub

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı 265 nəfərin namizədliyi Dairə Seçki komissiyalarında təsdiq olunub.

Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, onlardan 180 nəfəri imza vərəqələri götürüb. İmza vərəqi götürənlərin 75-i ali təhsilli, 96-sı orta təhsilli, digərləri isə natamam ali və natamam orta təhsilli şəxslərdir.

İmza vərəqi götürənlərin 163-nün namizədliyi özü, 15-i YAP, 2-si Ümid, 1-i isə Müsavat Partiyası tərəfindən irəli sürülüb.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti