Gürcüstan, Tbilisi, 23 oktyabr / Trend , müxbir N.Kirsxaliya/
Azərbaycanın Gürcüstandakı səfirliyi oktyabrın 26-da səfirlik tərəfindən ingilis və rus dillərində nəşr edilən "Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun hüquqi nəticələri" adlı kitabın təqdimat mərasimini keçirəcək.
"Kitaba Ermənistanın Azərbaycana qarşı təcavüzünün hüquqi nəticələri haqqında BMT-nin rəsmi sənədləri qismində qəbul edilən üç məruzə daxil edilib", - səfirlikdən Trend -a deyilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri professor Namiq Əliyev çıxış edəcək.
Təqdimat mərasimi Gürcüstan hökuməti və parlamenti nümayəndələrinin, ictimai elmlər və qafqazşünaslıq sahələrində fəaliyyət göstərən gürcü alimlərinin, diplomatik korpus nümayəndələrinin, Gürcüstanda vəkil təyin edilənlərin, həmçinin jurnalistlərin iştirakı ilə keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]