...

Azərbaycan paytaxtında Gürcüstan vətəndaşı polisə tabe olmadığı üçün həbs olunub

Siyasət Materials 27 Oktyabr 2009 11:17 (UTC +04:00)
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, Gürcüstan vətəndaşı, 34 yaşlı Benudze Pan Georgiyeviç polis əməkdaşının qanuni tələbinə əməl etməyib.
Azərbaycan paytaxtında Gürcüstan vətəndaşı polisə tabe olmadığı üçün həbs olunub

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , muxbir H.Bağırov/

Azərbaycan paytaxtında polis əməkdaşlarının qanuni əmrinə tabe olmayan Gürcüstan vətəndaşı saxlanılıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Gürcüstan vətəndaşı, 34 yaşlı Benudze Pan Georgiyeviç polis əməkdaşının qanuni tələbinə əməl etməyib.

Polis bölməsinə gətirilən Gürcüstan vətəndaşına Azərbaycanın İnzibati Xətalar Məcəlləsinin polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama (310) maddəsi tətbiq edilərək, barəsində 5 sutka həbs cəzası kəsilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti