...

Azərbaycan Parlamentinin deputatları ABŞ vitse-prezidentinin Azərbaycana qarşı haqsız fikirlər söyləməsinə etiraz ediblər

Siyasət Materials 27 Oktyabr 2009 13:31 (UTC +04:00)
Aparıcı dövlətlərdən birinin nümayəndəsinin Azərbaycanı Ermənistanla və başqa-başqa dövlətlərlə müqasiyə etməsi, işğalçı bir dövlətlə işğala məruz qalan ölkə arasında müqayisə aparması yolverilməzdir”, - Trend News-un məlumatına görə, çərşənbə axşamı Milli Məclisin iclasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib.
Azərbaycan Parlamentinin deputatları ABŞ vitse-prezidentinin Azərbaycana qarşı haqsız fikirlər söyləməsinə etiraz ediblər

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatları ABŞ vitse-prezidentinin Azərbaycana qarşı haqsız fikirlər söyləməsinə etiraz ediblər.

Aparıcı dövlətlərdən birinin nümayəndəsinin Azərbaycanı Ermənistanla və başqa-başqa dövlətlərlə müqasiyə etməsi, işğalçı bir dövlətlə işğala məruz qalan ölkə arasında müqayisə aparması yolverilməzdir", - Trend -un məlumatına görə, çərşənbə axşamı Milli Məclisin iclasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Novruzovun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlət kimi ABŞ işğalçıya öz yerini göstərməlidir. "Bunun əvəzinə maliyyə və başqa dəstəklərin verilməsi, Türkiyə ilə Ermənistanın arasında sərhədlərin açılması üçün gecə-gündüz mübarizə aparması ədalətsizlikdir", - Novruzov əlavə edib.

Onun fikrincə, hakimiyyətin mənbəyi xalqdır. "Azərbaycan Konstitusiyasında bu göstərilib və Azərbycanda həmişə azad və ədalətli seçkilər yolu ilə hakimiyyət formalaşıb. Bu baxımdan hər kəs öz ölkəsinin daxili problemləri ilə məşğul olsun, başqasının ərazisində hərbi-polis rejimi rolunu oynamğı birdəfəlik yaddan çıxarsın. Biz rəngli inqilablar təşkil edilən ölkələrin sonradan hansı vəziyyətə salındığının şahidi olmuşuq", - Novruzov vurğulayıb.

Partiya icra katibinin müavini deyib ki, belə adamların məsuliyyətsiz bəyanatlarına görə parlament üzvləri tərəfindən həmin ölkənin səfirliyinə müraciət olunmaləıdır. "Qeyd olunmalıdır ki, hər kəs öz ölkəsi haqda fikir söyləsin", - millət vəkili qeyd edib.

"Oktyabrın 21-də ABŞ-ın vitse-prezidenti Cozef Bayden Rumıniyada tələbələr qarşısında çıxış edərkən verdiyi bəyanatda Azərbaycanın da adını hallandırıb", - Zahid Oruc bildirib.

Orucun sözlərinə görə, keçmişdə də belə hallar olub.

"Mən ABŞ-ın bu bölgədə demokratiya quruculuğuna çox dəstək verirəm. Amma bu quruculuğa Dağlıq Qarabağdan başlamaq yaxşı olardı. Çünki orada hərbi-xunta rejimidir", - Oruc əlavə edib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti