...

Çin İranın MAQATE ilə əməkdaşlığa hazır olmasını bəyənir - səfir (MÜSAHİBƏ)

Siyasət Materials 28 Oktyabr 2009 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend New, müxbir E.Ostapenko/

Trend -un Fars redaksiyasının Çin Xalq Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (MAQATE) daimi nümayəndəsi, səfir Hu Ksiaodi (Hu Xiaodi) ilə eksklüziv müsahibəsi

- İran bir ildən sonra MAQATE müfəttişlərini Arakda ağır su istehsalı zavoduna buraxıb. Bu yaxınlarda İran MAQATE müfəttişlərinin Qumda uranın zənginləşdirilməsi üzrə ikinci zavoda buraxılmasına icazə verilməsi barədə bəyan edib. Sizin fikrinizcə, bu addımlar İranın nüvə proqramının sülh xarekteri daşımasına zəmanətidirmi?

- Biz MAQATE-nin MAQATE nizamnaməsinə müvafiq olaraq öz öhdəliklərini yerinə yetirməsini dəstəkləyirik və hesab edirik ki, İranın MAQATE ilə əməkdaşlığı İranın nüvə proqramına etibarın möhkəmlənməsinə gətirib çıxaracaq. Bununla əlaqədar olaraq biz İranın əməkdaşlıq cəhdlərini nümayiş etdirən bu yaxınlardakı jestlərini bəyənirik və İranı MAQATE ilə əməkdaşlığı davam etdirməyə çağırırıq.

- Bəzi KİV-də İranın hərbi tədqiqatlar, misal üçün sınaq partlayışları, nüvə başlıqlarının öyrənilməsi və s. keçirilməsi barədə məlumat yayılıb. Sizcə, İranın sözügedən tədqiqatları barədə dəqiq məlumat varmı, yoxsa bütün bu planlar təklif mərhələsindədir? İranın bu suallara cavab verməmək hüququ varmı?

- MAQATE nüvə silahının yayılmaması haqqında Müqavilənin (NSYM) və BMT-nin Təhlükəsizlik Şurasının İranın nüvə proqramına dair qərar və qətnamələrinin həyata keçirilməsinə cavabdehdir. MAQATE-nin araşdırmalarının nəticələri, həmçinin müvafiq müşahidələr və nəticələr MAQATE-nin Baş direktorunun (Məhəmməd Əl-Baradeyi) məruzələrində verilir. Bu məruzələrin diqqətlə öyrənilməsi İranın nüvə tədqiqatları ilə bağlı olan məsələləri başa düşməyə və onlara cavab tağmağa kömək edəcək. Biz hər zaman İranı MAQATE ilə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə çağırırıq və inanırıq ki, bu, İranın nüvə proqramına dair anlaşılmazlıqları aradan qaldırmağa kömək edəcək.

- MAQATE-yə İranla qonşu ölkələrdə də müəyyən şübhəli fəaliyyət barədə məlumat daxil olur. Misal üçün, 2007-ci ilin sentyabrında İsrail təyyarələri Suriyada ehtimal olunan hərbi obyektə hücum edib, uranın zənginləşdirilməsi izləri Misirdə də aşkar edilib. Sizin fikrinizcə, Yaxın Şərq üçün nüvə silahının yayılması problemi nə dərəcədə real problemdir?

- Nüvə silahının real və ya potensial yayılması özündə beynəlxalq ictimaiyyət qarşısında duran qlobal problemi əks etdirir. Bütün dövlətlərin nüvə silahının yayılmaması üzrə beynəlxalq normalara ciddi riayət etməsi nüvə silahının yayılmaması sahəsində ümumi məqsədlərə nail olunması üçün həlledici əhəmiyyətə malikdir. Bununla NSYM -nın universallaşdırılması Yaxın Şərqdə də əsas məsələlərdən biri olmalıdır.

- Hesab etmirsinizmi, ilk növbədə hər bir sanksiya İran xalqının vəziyyətinə təsir edəcək və Qərbə qarşı milli birlik yarada bilər ki, bu da mövqeyi zəiflədəcək?

- Hədsiz aksent və sanksiya ümidləri heç bir nəticə verməyəcək və əks təsir göstərə bilər.

Çin üçün bu kontekstdə prioritet istiqamətlər aşağıdakı məsələlərdir:

1. Nüvə silahının yayılmaması rejiminin saxlanılması və möhkəmlənməsi;

2.İranın nüvə silahı ilə əlaqəli olan məsələnin uzunmüəddtli, hərtərəfli və ədalətli nizamlanmasına, sülh diplomatiyası yolu ilə həllinə cəhd göstərmək ;

3.Yaxın Şərqdə sülh və təhlükəsizliyin bərqərar olması;

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti