...

Azərbaycan Prezidentinin İsmayıllı rayonuna səfəri başa çatıb

Siyasət Materials 29 Oktyabr 2009 18:18 (UTC +04:00)
Kənd sakinləri dövlət başçısını və xanımını böyük mehribanlıqla, duz-çörəklə qarşılayıblar, onlara gül dəstələri təqdim ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev küçəsində ulu öndərin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İvanovkaya səfərlərini əks etdirən fotoguşə yaradılıb.
Azərbaycan Prezidentinin İsmayıllı rayonuna səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində İvanovka kəndində olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Kənd sakinləri dövlət başçısını və xanımını böyük mehribanlıqla, duz-çörəklə qarşılayıblar, onlara gül dəstələri təqdim ediblər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev küçəsində ulu öndərin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İvanovkaya səfərlərini əks etdirən fotoguşə yaradılıb.

Məlumat verilib ki, İvanovka kəndində 2008-ci ildən abadlıq və quruculuq işlərinə başlanılıb. Nikitin adına kolxozun inzibati binası, mədəniyyət sarayının fasadı əsaslı təmir edilib, ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb. İkinci Dünya müharibəsində İvanovka kəndindən cəbhədə həlak olanların xatirəsinə yaradılmış abidə kompleksi yenidən qurulub. Abidənin ətrafında və mərkəzi küçədə işıqlandırma sistemi quraşdırılıb.

Sonra dövlət başçısı və xanımı kəndin mərkəzində məhsul bayramına toplaşmış sakinlərlə görüşüb söhbət ediblər. Burada İvanovka kəndində istehsal edilən məhsullar nümayiş olunub.

Prezident İlham Əliyev Heydər Əliyev adına orta məktəbin şagirdlərinin əl işləri ilə tanış olub. Təhsil ocağı kollektivinin üzvləri yeni binaya görə dövlət başçısına minnətdarlıq ediblər. Bağça uşaqları və ibtidai sinif şagirdləri Azərbaycana, Vətənə, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər deyiblər, "Slavyanka" özfəaliyyət kollektivi isə rus xalq mahnılarını və Müslüm Maqomayevin "Azərbaycan" mahnısını oxuyublar.

Prezident İlham Əliyevə kənd sakini Anna Radayevanın yağlı boya ilə çəkdiyi "Kusok İvanovki" rəsm əsəri hədiyyə edilib.

Bununla da Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfəri başa çatıb.

Xəbər lenti

Xəbər lenti