...

Gürcüstan patriarxı Ruhani Akademiyanın rektoru vəzifəsindən istefa verib

Siyasət Materials 30 Oktyabr 2009 20:43 (UTC +04:00)
Bütün Gürcüstanın katalikos-patriarxı II İliya Ruhani Akademiyanın rektoru vəzifəsindən istehfa vermək qərarına gəlib. O, bu gün tələbələrlə akademiyada keçirilən görüş zamanı belə deyib.
Gürcüstan patriarxı Ruhani Akademiyanın rektoru vəzifəsindən istefa verib

Gürcüstan, Tbilisi, 30 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Bütün Gürcüstanın katalikos-patriarxı II İliya Ruhani Akademiyanın rektoru vəzifəsindən istehfa vermək qərarına gəlib. O, bu gün tələbələrlə akademiyada keçirilən görüş zamanı belə deyib.

Patriarx bəyan edib ki, o, artıq akademiyaya lazımi diqqət ayıra bilmir.

Bu vəzifəyə indiyədək tədris müəssisəsinin prorektoru olan Georgi Zviadadze təyin edilib.

Akademiyada digər kadr dəyişiklikləri də aparılıb. Vladıka İoane prorektor vəzifəsindən azad edilib, lakin o, akademiyada qalaraq təhsil komitəsinə başçılıq edəcək.

Bütün Gürcüstanın katalikos-patriarxı II İliya iki dəfə 2003-2004 və 2005-ci ildən bu günədək Ruhani Akademiyaya başçılıq edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti