...

Azərbaycan Prezidenti bəzi qanunlara dəyişikliklər və əlavələrin edilməsi barədə qanunun tətbiqinə dair sərəncam imzalayıb

Siyasət Materials 2 Noyabr 2009 18:16 (UTC +04:00)
"Azərbaycan Prezidenti İlham Əliyev "Ətraf mühitin mühafizəsi haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" və "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 30 sentyabr tarixli 882-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb", - bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti bəzi qanunlara dəyişikliklər və əlavələrin edilməsi barədə qanunun tətbiqinə dair sərəncam imzalayıb

Azərbaycan Prezidenti bəzi qanunlara dəyişikliklər və əlavələrin edilməsi barədə qanunun tətbiqinə dair sərəncam imzalayıb.

"Azərbaycan Prezidenti İlham Əliyev "Ətraf mühitin mühafizəsi haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" və "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 30 sentyabr tarixli 882-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb", - bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa və "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Xəbər lenti

Xəbər lenti