...

Gürcüstan XİN Tsxinvalidən həbs edilmiş yeniyetmələri təcili olaraq azad etməyi tələb edir

Siyasət Materials 5 Noyabr 2009 15:22 (UTC +04:00)
Gürcüstan XİN bir gün əvvəl Cənubi Osetiya polisi tərəfindən tutulmuş dörd gürcü yeniyetməni heç bir şərt irəli sürmədən azad etməyi tələb edir. Gürcüstan XİN-in rəsmi məlumatında deyildiyi kimi, dörd məktəbli dünən gündüz saatlarında Gürcüstanın nəzarət altında olan ərazisində itkin düşüblər.
Gürcüstan XİN Tsxinvalidən həbs edilmiş yeniyetmələri təcili olaraq azad etməyi tələb edir

Gürcüstan, Tbilisi, 05 noyabr / Trend , müxbir N.Kirtsxalia/

Gürcüstan XİN bir gün əvvəl Cənubi Osetiya polisi tərəfindən tutulmuş dörd gürcü yeniyetməni heç bir şərt irəli sürmədən azad etməyi tələb edir. Gürcüstan XİN-in rəsmi məlumatında deyildiyi kimi, dörd məktəbli dünən gündüz saatlarında Gürcüstanın nəzarət altında olan ərazisində itkin düşüblər.

Bu arada, Rusiya KİV-i elan edib ki, Osetiya polisi dörd gürcü yeniyetmədə 4 qumbara və partlayıcı mexanizm aşkar edib. Həmmin yeniyetmələr artıq terrorçu adlandırılıblar.

Gürcüstan XİN-dən bildirilib ki, Rusiya hərbçilərinin işğal etdiyi ərazilərdə saxlanılan 14 yaşlı yeniyetmələr Qiorqi Romelaşvili, Viktor Buçukuri, Aleko Sabadze və Levan Xmiadaşvili Tirdznisi Qoriy kəndinin sakinləridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti